Xarici İşlər Nazirliyi - hazırkı məlumatlara əsasən, İsraildə yaralananlar arasında Gürcüstan vətəndaşları yoxdur ancaq biz vətəndaşlar və İsrailin müvafiq xidmətləri ilə əlaqə saxlamağa davam edirik
Xarici İşlər Nazirliyi - hazırkı məlumatlara əsasən, İsraildə yaralananlar arasında Gürcüstan vətəndaşları yoxdur ancaq biz vətəndaşlar və İsrailin müvafiq xidmətləri ilə əlaqə saxlamağa davam edirik

Gürcüstanın İsraildəki səfirliyi Gürcüstan vətəndaşları ilə əlaqədədir, – bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

“İndiki məlumata görə, yaralananlar arasında Gürcüstan vətəndaşları yoxdur, lakin biz vətəndaşlar və İsrailin müvafiq xidmətləri ilə əlaqə saxlamağa davam edirik”, – deyə məlumatda bildirilir.

Bu gün səhər saatlarında Qəzza sektorundan İsrail istiqamətində raketlər atılıb. Raket hücumu nəticəsində azı 22 nəfər ölüb, 100-dən çox İsrail vətəndaşı yaralanıb. Hücuma görə məsuliyyəti “Həmas” üzərinə götürüb.

Qəzza sektorundan İsrail istiqamətində həyata keçirilən raket hücumuna görə İsrail Müdafiə Qüvvələri müharibə vəziyyəti elan edib.