Xaricdə yaşayan Gürcüstan vətəndaşları mayda Gürcüstan vətəndaşı pasportlarını pulsuz alacaqlar
Xaricdə yaşayan Gürcüstan vətəndaşları mayda Gürcüstan vətəndaşı pasportlarını pulsuz alacaqlar.
Bu barədə bəyanatı Gürcüstanın Ədliyyə Naziri Tea Tsulukiani parlamentin plenar iclasında çıxış edərkən verdi.
Nazirin dediyinə görə, qeyd olunan aksiya bir ay davam edəcək.
Bununla yanaşı, parlamentdə çıxış edərkən, Ədliyyə Naziri yenə bir aksiya haqqında danışdı, hansı ki, kağızdan olan müddətsiz şəxsiyyət vəsiqələri ilə bağlıdır.
Nazirin dediyinə görə, Gürcüstan vətəndaşları kağız vəsiqələrini apreldən mayın 1-nə qədər tamamilə pulsuz elektron vəsiqələrlə əvəz edə bilərlər.
Gürcüstanda 401 000 vətəndaşın kağız şəxsiyyət vəsiqələri var.