Xalq müdafiəçisi Xüsusi İstintaq Xidmətini bu gün baş vermiş faktlarla bağlı dərhal istintaq başlatmağa və aidiyyəti şəxsləri məsuliyyətə cəlb etməyə çağırır
Gürcüstanın xalq müdafiəçisi Xüsusi İstintaq Xidmətini bu gün baş vermiş faktlarla bağlı dərhal istintaq başlatmağa və aidiyyəti şəxsləri məsuliyyətə cəlb etməyə çağırır.
Bəyanatda qeyd edildiyi kimi, xalq müdafiəçisi hər bir fakta hüquqi cavab verəcək.
“İctimai mənbələrdə yayılmış videogörüntülərdə polis tərəfindən vətəndaşlara, jurnalistlərə və siyasətçilərə qarşı qeyri-müvafiq rəftar və həddindən artıq güc tətbiqi faktları narahatlıq doğurur. “TV Pirveli”nin polislər tərəfindən xəsarət yetirilən operatoru ilə bağlı da məlumat yayılır. Həmçinin, polislər tərəfindən qadınların, o cümlədən qadın siyasətçilərin təhqir edilməsinə birbaşa efirdə şahid olduq. Xalq müdafiəçisi polislər tərəfindən hər cür qanunsuz hərəkətləri, xüsusən də qeyri-müvafiq rəftar faktlarını pisləyir. Xalq müdafiəçisi hər bir fakta hüquqi cavab verəcək. Xalq müdafiəçisi Xüsusi İstintaq Xidmətini bu faktlarla bağlı dərhal istintaq başlatmağa və aidiyyəti şəxsləri cinayət məsuliyyətinə cəlb etməyə çağırır. Həmçinin, Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyini polislər tərəfindən təhqir və qeyri-etik davranış faktları ilə bağlı xidməti araşdırma aparmağa çağırırıq. Xalq müdafiəçisinin nümayəndələri tutulan bütün vətəndaşlara, o cümlədən siyasətçilərə baş çəkəcək. Əlavə məlumat ictimaiyyətə daha sonra veriləcək. Hüquq pozuntuları halları ilə bağlı məlumatların qəbulu üçün Xalq Müdafiəçisi Aparatının qaynar xətti – 1481 – 24 saatlıq rejimdə fəaliyyət göstərir” – xalq müdafiəçisinin bəyanatında qeyd olunub.