Xalq Müdafiəçisi İctimai Yayimçının Qəyyumlar Şurası namizədliyinə İzabella Osipovanı təqdim etdi
Gürcüstan Xalq Müdafiəçisi Nino Lomcariya “Yayımlar haqqında” Gürcüstan qanununun 26-cı maddəsinə müvafiq olaraq, Gürcüstan Parlamentinə İctimai Yayimçının Qəyyumlar Şurası namizədliyinə İzabella Osipovanı təqdim etdi. Bu barədə məlumat Xalq Müdafiəçisinin rəsmi veb səhifəsində yerləşdirildi.
Nino Lomcariyanın bəyan etdiyinə görə, illər ərzində, parlament və ya xüsusi hesabatlarında Xalq Müdafiəçisi İctimai Yayimçının Qəyyumlar Şurasında və ya başqa nümayəndəlik orqanlarında milli azlıq nümayəndəsi namizədliyinin olması vacibliyi zəmanətlərini verirdi.
Nino Lomcariyanın dediyinə görə, Xalq Müdafiəçisinin namizədi İzabella Osipovanın özü milli azlıq nümayəndəsidir. Onun namizədliyi Gürcüstanda yaşayan bütün milli və dini nümayəndələr tərəfindən yekdilliklə dəstəklənmişdir.