Xada dərəsindəki qətl cinayətində ittiham edilən çoban - Smit ailəsini mən öldürmədim, onları iki xarici öldürdü və mənidə hədələdilər [Foto, video]

Xada dərəsində baş verən qətl cinayətində ittiham edilən 19 yaşlı Malxaz Kobauri bəyan edir ki, həm Amerika, həm Gürcüstan vətəndaşları olan Raian və Lora Smit və onların dörd yaşlı uşaqlarını o öldürməyib.

Bu bəyanatı ittiham edilən şəxs Mtsxeta Rayon Məhkəməsində verdi.

“Onları mən öldürməmişəm, iki xarici kişi var idi, öncə öldürdülər, sonra isə, məni hədələdilər ki, qardaş-bacılarını öldürəcəyik” – dedi həbs edilən Kobauri.

Məhkəmədə 19 yaşlı çobana veriləcək cəza tədbiriləri haqqında müzakirə aparılır.

İttiham edilən şəxs ona qarşı irəli sürülən suçlamaları rədd edir və qatil olmadığını bəyan edir.