Kevin Hamilton – 18 il əvvəl bu gün Rusiya Gürcüstana müdaxilə etdi. Bu hücum və Rusiyanın sonradan Gürcüstan ərazilərini işğal etməsi bu gün də 2008-ci ildə olduğu kimi qanunsuz və qəbuledilməzdir

15:56, 07.08.2026

Kevin Hamilton – “18 il əvvəl bu gün Rusiya Gürcüstana müdaxilə etdi. Bu hücum və Rusiyanın sonradan Gürcüstan ərazilərini işğal etməsi bu gün də 2008-ci ildə olduğu kimi qanunsuz və qəbuledilməzdir.”
Bu barədə NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə baş katibinin xüsusi nümayəndəsi, səfir Kevin Hamilton bildirib. Onun açıqlamasını NATO-nun Gürcüstandakı Əlaqələndirmə Ofisi yayıb.
Hamiltonun sözlərinə görə, NATO Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və Rusiya öz işğalçı qüvvələrini Gürcüstan ərazisindən çıxarmalıdır.
“Gürcüstan onilliklərdir NATO-nun ən yaxın tərəfdaşlarından biridir. Tərəfdaşlığımız bu gün də həmişə olduğu kimi möhkəmdir. Bu əməkdaşlıq dayanıqlılıq və sabitliyə sarsılmaz sadiqliyə əsaslanan praktiki əməkdaşlıq üzərində qurulub və qəti şəkildə gələcəyə yönəlib”, – deyə səfir Kevin Hamilton bildirib.

Oxşar