Ketevan Dumbadze - Mədəniyyət naziri vəzifəsinə Tea Sulukianinin namizədliyinin tərfdarıyam, çünki çox təcrübəli nazir və yaxşı mecerdir
Bu namizədliyin tərəfdarıyam, çünki hesab edirəm ki, Tea Sulukiani çox təcrübəli insan, təcrübəli nazirdir, – bu barədə Gürcüstan Parlamentinin üzvü, Ketevan Dqebuadze Tea Sulukianinin Mədəniyyət naziri vəzifəsinə mümkün təyin olunması barəsində bəyan etdi.
Elə onun dediyinə görə, Tea Sulukiani səkkz il ərzində təsdiq etdi ki, o, yaxşı menecerdir.
“Hələlik bu namizədlik səsləndirlib. Əgər şəxsən mənim fikrim maraqlandırırsa, bu namizədliyin tərəfdarıyam, çünki hesab edirəm ki, Tea Sulukiani çox təcrübəli insan, təcrübəli nazirdir. İki ay yarımdır ki, komitədə birlikdə işləyirik və bu mənə əsas verir ki, o, yaxşı nazir olacaq. O, çox yaxşı menecerdir və bunu səkkiz il Ədliyyə naziri olarkən həqiqətən təsdiq etdi.
Bizim səviyyəmizdə bunun müzakirəsi olmayıb. Güman ki, hökumət təqdim edəcək. Qayda belədir. Hələlik Parlamentdə Mədəniyyət Nazirliyinin ayrılması məsələsi müzakirə olunur. Yalnız ayrılma məsələsi üç dinləmə ilə təsdiq olunacaq. Sonra baş nazir nazirliyə nazimədi adlandıracaq. Bilmirəm, bu vaxt ərzində başqa namizəd çıxacaq ya yox. Məlumatım mediadan daha varımdı, çünki bizim səviyyəmizdə bunun müazakirəsi həqiqətən baş verməyib”, – ketevan Dumbadze bəyan etdi.