Kestutis Budris - Litvanın Avropa İttifaqı səviyyəsində Gürcüstanla bağlı sanksiyalar təşəbbüsü irəli sürməsindən bir ildən çox vaxt keçib, biz çox gecikmişik və çox yavaş hərəkət etmişik
Gürcüstan namizəd ölkədir, onlar demokratik standartlara əməl etmək öhdəliyi götürüblər və bu öhdəlikləri yerinə yetirməlidirlər – bu haqda Litvanın xarici işlər naziri Kestutis Budris Lüksemburqda Avropa İttifaqının xarici işlər nazirlərinin görüşü başlamazdan əvvəl jurnalistlərlə söhbətində deyib.
Jurnalistlər Budrisdən Macarıstandakı dəyişikliklərin Gürcüstanla bağlı sanksiyalar məsələsini irəli apara bilib-bilməyəcəyini soruşublar.
“Artıq gecikmişik, Litvanın Avropa İttifaqı səviyyəsində tətbiq edilməsi üçün sanksiyalar təşəbbüsü irəli sürməsindən bir ildən çox vaxt keçib və bu, milli səviyyədə etdiyimiz kimi, düzgün qərar olardı. İndi isə, bir il sonra Gürcüstanda demokratiya daha da azalır, nəticə budur. Biz çox gecikmişik və çox yavaş hərəkət etmişik. Gürcüstan namizəd ölkədir. Onlar demokratik standartlara əməl etmək öhdəliyi götürüblər və bu öhdəlikləri yerinə yetirməlidirlər. Əgər onlar buna hazır deyillərsə, onda Assosiasiya Sazişi və namizəd statusu məsələsini qaldırmalıyıq” – Budris bildirib.