Kəşfiyyat Xidmətinin sabiq rəisi Davit Sucaşvili - Çorçanada gözətçi məntəqəsinin açılması ilə bağlı məlumatım yox idi, Qaxaria Milli Təhlükəsizlik Şurasına müraciət etməyib
Kəşfiyyat Xidmətinin sabiq rəisi Davit Sucaşvili - Çorçanada gözətçi məntəqəsinin açılması ilə bağlı məlumatım yox idi, Qaxaria Milli Təhlükəsizlik Şurasına müraciət etməyib

 

Kəşfiyyat Xidmətinin sabiq rəisi Davit Sucaşvili Çorçana kəndində gözətçi məntəqəsinin açılması məsələsi ilə bağlı prokurorluqda ifadə verib.

Sucaşvili Çorçanada gözətçi məntəqəsinin açılması ilə bağlı məlumatının olmadığını və Qiorqi Qaxarianın Kəşfiyyat Xidmətinin rəhbərinin daimi üzvü olduğu Milli Təhlükəsizlik Şurasına müraciət etmədiyini bildirib.

“Sirr deyil ki, “Çorçana” epizodu ilə bağlı məni çağırmışdılar. İki şura var idi – prezidentə tabe olan Təhlükəsizlik Şurası və Dövlət Təhlükəsizlik və Böhranların İdarəedilməsi Şurası. Bu iki şura ləğv edildikdən sonra islahatlar aparıldı və Milli Təhlükəsizlik Şurası yaradıldı. İlk görüş texniki, təşkilati xarakter daşıyırdı. Kəşfiyyat Xidmətinin rəhbəri bu şurada daimi üzvdür. Şura bu kimi məsələləri müzakirə etməlidir. Qaxaria bu şuraya müraciət etməyib. Gözətçi məntəqəsinin açılması ilə bağlı məlumatım yox idi. Kəşfiyyat Xidməti, digər spesifik orqanlar kimi, öz çərçivəsində fəaliyyət göstərir. Kəşfiyyat Xidməti tanınmama siyasəti istiqamətində fəal iştirak etmir. Məndə bu məlumatın olmaması ilə bağlı problem görmürəm. Gözətçi məntəqəsinin qurulmasından sonra açıq mənbələrdən, kütləvi mediadan bu barədə öyrəndim. Yaxşı olardı ki, bunu əvvəlcədən biləydim. Məndə olan məlumata görə, əhali çox çətin vəziyyətə düşüb. Rusiya Federasiyası orada əlavə gözətçi məntəqələri açıb. Bu, mənim üçün çox ciddi problemdir” – Davit Sucaşvili bildirib.