Kəşfiyyat bölmələri kulminasiya səhra təlimini keçirdilər
Kəşfiyyat bölmələri kulminasiya səhra təlimini keçirdilər

Gürcüstan Müdafiə Qüvvələrinin Şərq və Qərb komandanlığının bölmələri kulminasiya kəşfiyyat təlimi keçirdilər.

Gürcüstanın Müdafiə Nazirliyindən verilən məlumata görə, Kocoridə keçirilən səhra situasiya görüşü yeni texnoloji elementlərdən istifadə etməklə uğurla həyata keçirildi. Kəşfiyyat bölmələri şərti düşmənin təxribat qruplarını aşkar edərək, həbs əməliyyatı həyata keçirdi.

Kulminasiya təlimini Gürcüstan Müdafiə Qüvvələri komandanının müavini briqada generalı İrakli Çiçinadze müşahidə etdi. Təlim zamanı kəşfiyyat bölmələri real vəziyyətə mümkün qədər yaxın olan səhra, praktiki və nəzəri məşğələlərdən keçdilər. Simulyasiya ssenarisinə uyğun olaraq müxtəlif taktiki tapşırıqlar yerinə yetirildi, o cümlədən: təmaslara cavab vermək, patrul düşərgəsini tutmaq, basqın və pusquya düşmək.

Təlimin məqsədi kəşfiyyat bölmələrinin döyüş hazırlığının səviyyəsini yüksəltmək və taktiki bacarıqları təkmilləşdirməkdir. Təlimdə Müdafiə Qüvvələrinin Şərq və Qərb komandanlığının bölmələri, Milli Qvardiya, Aviasiya və Hava Hücumundan Müdafiə Komandanlığı və Xüsusi Əməliyyat Qüvvələri iştirak edirdi.