Keş Patel bildirib ki, Rusiya kəşfiyyatı, ehtimal ki, ABŞ ərazisində bir dissidentin öldürülməsini planlaşdırırdı. Onun sözlərinə görə, xarici dövlətlərə ABŞ-da yaşayan insanların azadlığını təhlükə altına atmağa imkan verilməyəcək

10:43, 17.09.2026

Keş Patel: Rusiya kəşfiyyatı, ehtimal ki, ABŞ ərazisində dissidentin öldürülməsini planlaşdırıb
Rusiya kəşfiyyatı, ehtimal ki, ABŞ ərazisində bir dissidentin öldürülməsini planlaşdırıb. Bu barədə Federal Təhqiqatlar Bürosunun direktoru Keş Patel sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, xarici dövlətlərə tənqidçiləri susdurmağa, qanunları pozmağa və Amerikada yaşayan insanların azadlığını təhlükə altına atmağa imkan verilməyəcək.

“Federal Təhqiqatlar Bürosu söz azadlığını qoruyacaq və ölkəmizin təhlükəsizliyinə təhdid yaratdığı hər yerdə transsərhəd repressiyalara qarşı mübarizə aparacaq”, – deyə Patel yazıb.

Qeyd edək ki, ABŞ Ədliyyə Departamenti Rusiya kəşfiyyatının beş ehtimal olunan əməkdaşına qarşı ittiham irəli sürüb. Onlar Rusiyanın düşmən hesab etdiyi şəxslərə qarşı dünyanın müxtəlif yerlərində hücumlar planlaşdırmaqda, o cümlədən ABŞ-da yaşayan ən azı bir tanınmış dissidentin öldürülməsini planlaşdırmaqda ittiham olunurlar.

Oxşar