Kerolayn Levit - Ukrayna, Rusiya və Amerika Birləşmiş Ştatları arasında əlavə danışıqlara ehtiyac duyan bir neçə incə, lakin aşılmaz olmayan detal var
Ukrayna, Rusiya və Amerika Birləşmiş Ştatları arasında əlavə danışıqlara ehtiyac duyan və həll edilməsi gərəkən bir neçə incə, lakin aşılmaz olmayan detal var – bu haqda ABŞ Prezident Administrasiyasının mətbuat katibi Kerolayn Levit sosial şəbəkədə yazıb.
“Ukrayna və Rusiyanı danışıqlar masasına əyləşdirməklə, Amerika Birləşmiş Ştatları son həftə ərzində sülh razılaşması istiqamətində böyük irəliləyişə nail olub.
Ukrayna, Rusiya və Amerika Birləşmiş Ştatları arasında əlavə danışıqlara ehtiyac duyan və həll edilməsi gərəkən bir neçə incə, lakin aşılmaz olmayan detal var” – Ağ Evin mətbuat katibi yazır.