Kerolayn Levit - Donald Tramp Rusiya tərəfindən Ukraynaya edilmiş son hücumdan məmnun deyildi, lakin təəccüblənmədi də
Kerolayn Levit - Donald Tramp Rusiya tərəfindən Ukraynaya edilmiş son hücumdan məmnun deyildi, lakin təəccüblənmədi də

 

Donald Tramp Rusiya tərəfindən Ukraynaya edilmiş son hücumdan məmnun deyildi, lakin təəccüblənmədi də – bu haqda Ağ Evin mətbuat katibi Kerolayn Levit deyib.

“Biz çox uzun müddətdir müharibə aparan iki ölkədən danışırıq. Rusiya Kiyevə bu hücumu başlatdı. Ukrayna isə bu yaxınlarda Rusiyanın neft emalı zavodlarına hücum etdi. Faktiki olaraq, onlar avqustda rus neft emalı zavodlarının gücünün 20%-ni məhv etdilər” – Levit qeyd edib.

Bununla yanaşı, Levit Trampın “vəziyyətin sıx monitorinqini davam etdirdiyini” və insanların qətliamını dayandırmaq üçün müharibəni bitirmək istədiyini deyib.

“Mümkündür ki, bu müharibənin hər iki tərəfi onu bitirməyə hazır olmasın. Prezident onun bitməsini istəyir, lakin bu iki ölkənin liderləri də onun sona çatmasını istəməlidirlər. Düşünürəm ki, prezident bu barədə daha sonra bəyanat yayacaq” – Ağ Evin mətbuat katibi brifinqdə deyib.

Bu vaxta olan məlumata əsasən, Rusiyanın Kiyevə hücumu nəticəsində həlak olanların sayı 19-a yüksəlib.