Kerolayn Levit – Buşun prezidentliyi dövründə Rusiya Gürcüstana daxil oldu, Obamanın vaxtında Krımı ələ keçirdi, Baydenin dövründə Ukraynaya hücum etdi, Trampın prezidentliyi dövründə isə heç yerə girmədi, çünki Rusiya Trampa böyük hörmətlə yanaşır
Buşun prezidentliyi dövründə Rusiya Gürcüstana daxil oldu, Obamanın prezidentliyi dövründə Rusiya Krımı ələ keçirdi, Baydenin prezidentliyi dövründə isə Ukraynaya hücum etdi. Prezident Trampın dövründə isə Rusiya heç bir yeri işğal etmədi və heç nəyi ələ keçirmədi, – bunu Ağ Evin mətbuat katibi Kerolayn Levit bəyan edib.
Onun sözlərinə görə, son bir neçə gündə Trampın əldə etdikləri çox önəmlidir.
“Rusiya və Ukrayna arasında artıq üç il yarımdır ki, müharibə gedir – bu, yüz minlərlə rus və ukraynalının həyatına son qoyan, trilyonlarla dollar dəyərində dəhşətli münaqişədir. ABŞ-ın sabiq prezidenti Co Baydenin zəifliyi və qeyri-peşəkarlığı qırğınların başlanmasına imkan verdi. Şübhəsiz ki, Baydenin siyasəti dünya sülhünü daha da uzaqlaşdırdı. Buşun prezidentliyi dövründə Rusiya Gürcüstana daxil oldu, Obamanın vaxtında Rusiya Krımı ələ keçirdi, Baydenin dövründə Ukraynaya hücum etdi. Prezident Trampın dövründə isə Rusiya heç bir yeri işğal etmədi və heç nəyi ələ keçirmədi, çünki Rusiya həmişə prezident Trampa və onun siyasətinə böyük hörmət göstərib”, – deyə Levit bildirib.