Kentukki ştatında daşqın nəticəsində ölənlərin sayı 25-ə qədər artdı
Kentukki ştatında daşqın nəticəsində ölənlərin sayı 25-ə qədər artdı

Kentukki ştatında daşqın nəticəsində ölənlərin sayı 25-ə qədər artdı, onlar arasına altısı uşaqdır.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, ştat hələ də fövqəladə vəziyyətdədir və qurbanların sayının artacağı gözlənilir.

Daşqına ştatda yağan güclü yağış səbəb oldu. Nəticədə yaşayış evləri su altında qaldı. Elektrik şəbəkələri zədələnib, minlərlə abonent işıqsız qalıb.

Xilasedicilər su basmış yaşayış məntəqələrindən vətəndaşların təxliyyəsini davam etdirirlər. Prezident, Co Bayden Kentukki ştatını fəlakət zonası elan etdi və fəlakətdən zərər çəkənlərə yardım üçün federal büdcədən lazımi vəsaitin ayrılması haqqında fərman imzaladı.