Kəndlərdə su sistemlərinin bərpası və tikintisi üçün Gürcüstan Asiya İnkişaf Bankından 200 milyon avro alacaq
Kəndlərdə su sistemlərinin bərpası və tikintisi üçün Gürcüstan Asiya İnkişaf Bankından 200 milyon avro alacaq

 

Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili və Asiya İnkişaf Bankının (AİB) Gürcüstandakı Daimi Nümayəndəliyinin direktoru Lesli Bearman Lam Gürcüstana 200 milyon avro miqdarında uzunmüddətli maliyyə resursunun ayrılması haqda kredit müqaviləsi imzalayıblar.

Maliyyə Nazirliyinin məlumatına əsasən, müqavilə kənd yerlərində standarta uyğun dayanıqlı su sistemlərinin tikintisini və bərpasını nəzərdə tutur.

“Vurğulanmalıdır ki, qeyd olunan proqram Asiya İnkişaf Bankının nəticələrə əsaslanan maliyyələşdirmə (NBL) mexanizmindən Gürcüstanda istifadənin ilk halıdır.

Gürcüstanın İnfrastruktur Nazirliyi proqramın icraçı qurumu, MMC “Gürcüstanın Birləşmiş Su Təchizatı Şirkəti” isə proqramı həyata keçirən qurumdur” – Maliyyə Nazirliyinin məlumatında qeyd olunub.