Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, tərəvəz və göyərti ixracı 15% artıb, dəyəri isə 22% yüksəlib
Tərəvəz və göyərti ixracı 15% artıb, ixrac dəyəri isə 22% yüksəlib – bu barədə məlumatı Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyi yayıb.
Nazirliyin bildirdiyinə görə, bu ilin fevral ayında Gürcüstandan 503 ton göyərti, ümumi dəyəri 1,1 milyon ABŞ dolları olmaqla ixrac edilib.
“Keçən ilin yanvar-fevral ayları ilə müqayisədə ixrac olunan göyərtinin dəyəri 22%, miqdarı isə 15% artıb.
Gövərtinin əsas ixrac bazarları Ukrayna, Moldova, Rumıniya, Rusiya, Bolqarıstan və digər ölkələrdir. Eyni zamanda, göyərtinin ixrac qiyməti də artmaqdadır. 2025-ci ildə bir kiloqram göyərtinin ixrac qiyməti 2,12 ABŞ dollarına çatıb”, – məlumatda qeyd olunub.