Kelli Deqnan Milli Müdafiə Akademiyasında idi

17:58, 05.04.2022

ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan və müdafiə attaşesi polkovnik Stefani Beqli David Ağmaşenebeli Milli Müdafiə Akademiyasında olublar.

Amerikalı diplomatları Akademiyanın rektoru briqada generalı Mamia Balaxadze qəbul edib. Qonaqlar təhsil ocağı haqqında təqdimatla tanış olub, bazanın infrastrukturuna baxıblar.

Akademiyanın rektoru Amerika Birləşmiş Ştatlarının fövqəladə və səlahiyyətli səfirinə xatirə hədiyyəsi təqdim edib və səfərə görə təşəkkür edib.

Məlumatı Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Oxşar