Kelli Deqnan – gürcülər üçün çox önəlidir, görələr ki, Rusiya qüvvələrini işğal olunmuş ərazilərdən çıxarır, Sxinvali və Abxaziyanın tanımasını ləğv edir və humanitar dəhlizlərə əlçatarlığı açır
Rusiya ilk növbədə nəyi etməlidisə, bu Gürcüstan ərazilərindən öz qüvvələrini çıxarmaqdır. Bu həqiqi işarə olacaq ki, Ruisya ciddidir və sadəcə olaraq dezinformasiya ilə məşğul deyil, – bu barədə Gürcüstan ABŞ-ın səfiri, Kelli Deqnan bəyan etdi.
Deqnan jurnalistlərlə söhbəti zamanı 2008-ci il müharibəsinin 13-cü ildönümü ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin bəyanatına şərh verdi. Xarici İşlər Nazirliyinin nümayəndəsi bəyan etdi ki, “Rusiya Gürcüstan ilə əlaqələrin bərpası üçün bir oqədər hazırdır, nə qədər də Gürcüstan”.
“Düşünürəm, gürcülər Rusiyadan bənzər ismarıcları əvvələr də dinləyiblər. Rusiya ilk növbədə nəyi etməlidisə, bu Gürcüstan ərazilərindən öz qüvvələrini çıxarmaqdır. Bu həqiqi işarə olacaq ki, Ruisya ciddidir və sadəcə olaraq dezinformasiya ilə məşğul deyil. Gürcülər üçün çox önəlidir, görələr ki, Rusiya qüvvələrini işğal olunmuş ərazilərdən çıxarır, Sxinvali və Abxaziyanın tanımasını ləğv edir və humanitar dəhlizlərə əlçatarlığı açır. Cenevrə danışıqları dialoqun mexanizmidir və əgər Rusiya bi mexanizmlərdən istifadə etsə, bu münaqişənin tənzimlənməsində daha artıq tərəqqini görməyimiz mümkündür”, – Deqnan bəyan etdi.