Keli Deqnan – Şiddəti və nifrətlə dinc prosesi pozmaq istəyənlər, Gürcüstan Konstitusiyasını pozurlar
Şiddət və nifrət ilə dinc prosesi pozmaq istəyənlər Gürcüstan konstitusiyasını pozur”, – dedi ABŞ-ın Gürcüstandakı səfiri Keli Deqnan Tbilisi Pride ilə bağlı verdiyi bəyanatında.
Səfirin sözlərinə görə, Gürcüstan Konstitusiyası vətəndaşlarının azad, dinc toplaşmaq və ifadə hüququ daxil olmaqla hüquqlarının qorunmasını təmin edir.
“Fikir ziddiyyətli və ya populyar olmayan olsa da, Daxili İşlər Nazirliyinin bu hüququ qorumaq üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk. Bu, polis üçün olduqca çətin bir işdir, lakin Gürcüstan polisinin dinc nümayişçilərə öz hüquqlarını təmin etməsi üçün lazımi bacarıqlara sahib olduğuna inanırıq. Bu dinc prosesi şiddət və nifrətlə pozmaq istəyənlər Gürcüstan konstitusiyasını pozurlar” dedi Keli Deqnan.