Keli Deqnan - Seçkilərin nəticələrinə etimad təmin etmək üçün şikayətlər də daxil olmaqla şəffaflıq, hesabatlılıq olmalıdır

Seçkiqabağı təşviqatın başladığı açıq-aşkar görünür. Parlamentin bu seçkilərin azad və ədalətli keçirilməsinə və qütbləşmənin azaldılmasına diqqət yetirməsi vacibdir”, dedi ABŞ-ın Gürcüstandakı səfiri Keli Deqnan.

Səfir seçkilərdə vətəndaşların etimadı üçün şəffaflığın və hesabatlılığın vacibliyindən də danışdı.

“Seçki işçiləri tətbiq ediləcək yeni texnologiyalara yaxşı öyrədilməlidir. Əhali də seçki sistemindəki vəziyyətin yaxşılaşmasından xəbərdar olmalıdır.

Seçkilərdən sonra apellyasiya prosesi də daxil olmaqla, şəffaflığa və hesabatlılığa ehtiyac var ki, əhalinin seçkinin nəticələrinə inamı olsun” dedi Deqnan.