Keli Deqnan - Gürcülər də Amerikalılar kimi, biznes fəaliyyətlərini genişləndirmək, ədalətli seçkilərdə iştirak etmək və məsuliyyətli medya vasitələrini dinləmək istəyirlər
“Gürcüstana səfir seçildiyim üçün xüsusi ilə fəxr edirəm. Gürcüstan da Amerika kimi azadlıq və demokratiya dəyərlərini sevir”, – bu barədə bəyanatı Kelli Deqnan öz and içmə mərasimində verdi.
Kelli Deqnanın and içmə nitqini ABŞ-ın Gürcüstandaki səfirliyi yayır.
“Gürcüstan da Amerika kimi müstəqilliyin qorunması üçün çox mübarizə etdi. Rusiya təhlükəsinə görə, Gürcüstanın müstəqilliyi hələ də təhlükə altında qalır. NATO-nun dəstək missiyasında Gürcüstanla bərabər, Əfqan xalqının müstəqilliyinin qorunması üçün mübarizə aparırıq.
Gürcülər də Amerikalılar kimi, biznes fəaliyyətlərini genişləndirmək, ədalətli seçkilərdə iştirak etmək, məsuliyyətli medya vasitələrini dinləmək, dini azadlıq və uşaqlarını qanun aliliyi olan bir ölkədə böyütmək istəyirlər. Əminəm ki, gürcülər və amerikalılar arasındaki bənzərlikləri gördükcə, burada daha çox qalmaq istəyəcəm” – dedi Kelli Deqnan.
Onun dediyinə görə, səfir olaraq, işləmək əhəmiyyətli işlər görmək üçün unikal bir şansdır.
“ABŞ səfiri ranqında əsas öhdəliyim Amerikanın maraqlarının qorunması və müdafiyəsi olacaq və bunu böyük məmnuniyyətlə edəcəm” – dedi səfir Deqnan.