Keir Starmerin mətbuat katibi bildirib ki, Folklend adaları üzərində suverenlik Böyük Britaniyaya məxsusdur və bu ərazilərlə bağlı mövqe dəyişməz qalır
Keir Starmerin mətbuat katibi bildirib ki, Folklend adaları üzərində suverenlik Böyük Britaniyaya məxsusdur və bu ərazilərlə bağlı mövqe dəyişməz qalır

Böyük Britaniyanın Baş naziri Keir Starmerin mətbuat katibi bildirib ki, Folklend adaları üzərində suverenlik Böyük Britaniyaya məxsusdur və bu mövzu ilə bağlı ölkənin mövqeyi dəyişməz qalır.

“Sovereignlik Böyük Britaniyaya aiddir. Öz müqəddəratını təyin etmə hüququ əsasdır. Bu, bizim ardıcıl mövqeyimiz olub və belə də qalacaq”, – deyə mətbuat katibi qeyd edib.

Onun sözlərinə görə, Böyük Britaniya bu mövqeyini əvvəllər də ABŞ ilə danışıqlarda açıq şəkildə ifadə edib. ABŞ-ın İranla bağlı müharibədə Britaniyanın dəstəyinin olmamasına görə Folklend adalarının statusu məsələsini gündəmə gətirməsi ilə bağlı sualına cavab olaraq mətbuat katibi bildirib:

“Baş nazir bu barədə danışıb və həmçinin bu cür təzyiqlərin ona təsir etmədiyini, onun hər zaman milli maraqlara əsaslanaraq hərəkət edəcəyini vurğulayıb.”

Məlumat üçün qeyd edək ki, “Reuters”in yaydığı xəbərə görə, ABŞ İranla müharibə kontekstində Britaniyanın dəstəyinin olmaması səbəbilə Folklend adalarının mənsubiyyəti məsələsini müzakirə edib.

Folklend adaları Cənubi Amerikada yerləşir və 1833-cü ildən Böyük Britaniyanın suverenliyi altındadır. 1982-ci ildə Argentina ilə Böyük Britaniya arasında adaların statusu uğrunda müharibə baş verib və Britaniyanın qələbəsi ilə nəticələnib. 2013-cü ildə keçirilən referendumda adaların 99.8%-i Böyük Britaniyanın xarici ərazi statusunun qalmasına səs verib.