Keir Starmer deyir ki, Britaniya Trampın ticarət tariflərinə impulsiv cavab deyil, sakit reaksiya verəcək

13:20, 02.04.2025

Böyük Britaniyanın baş naziri Keir Starmer deyir ki, Britaniya Donald Trampın ticarət tariflərinə sakit yanaşacaq və “impulsiv cavab”a əl atmayacaq.

Keir Starmerin sözlərinə görə, Britaniya hökuməti istisna əldə etməyə ümid edirdi, lakin ən azı ilk mərhələdə tariflər Britaniyaya şamil olunacaq.

Keir Starmer bütün variantların nəzərdən keçirildiyini bildirib.

Britaniya baş nazirinin izah etdiyi kimi, tərəflər son nəticədə yeni tarifləri aradan qaldıracaq saziş üzrə danışıqlarda irəliləyiş əldə edirlər.

Oxşar