Kazem Qəribabadi – taleyini əcnəbilərə həvalə edən ölkə ağır bədəl ödəyəcək, İran bu gün öz taleyini özü müəyyən edir, xalqımız təzyiq qarşısında geri çəkilmir
1953-cü il dövlət çevrilişi ABŞ və Böyük Britaniyanın İran xalqının öz müqəddəratını təyinetmə hüququna birbaşa müdaxiləsi olub. Bu barədə İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi 1953-cü il hadisələrinin növbəti ildönümü ilə bağlı açıqlamasında bildirib.
Onun sözlərinə görə, İran bu gün təzyiqlər qarşısında geri çəkilmir.
“Xalqın taleyinə xarici ölkənin müdaxiləsi, bunun adı nə olursa olsun, müstəmləkəçilik və xalqın suverenlik hüququna qarşı təcavüzdür. Nəsillər dəyişir, lakin bir həqiqət dəyişməz olaraq qalır: taleyini əcnəbilərə həvalə edən ölkə ağır bədəl ödəyəcək. Lakin bu gün İran öz taleyini özü müəyyən edir. Xalqımız təzyiq qarşısında geri çəkilmir”, – deyə İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib.