Kazem Qəribabadi – Avropanın ABŞ-ın İrana qarşı hücumlarına yardım etməsi cavabsız qalmayacaq

13:02, 25.09.2026

Avropanın ABŞ-ın İrana qarşı həyata keçirdiyi hücumlara yardım etməsi cavabsız qalmayacaq. Bunu İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib.

NATO baş katibinin ABŞ-ın İrana qarşı əməliyyatlarını dəstəkləmək məqsədilə Avropadakı bazalardan istifadə olunması ilə bağlı açıqlamasına münasibət bildirən iranlı diplomat qeyd edib ki, Avropa məsuliyyətdən yayına bilməyəcək.

Qəribabadi vurğulayıb ki, NATO baş katibi Mark Ruttenin açıqlamaları ABŞ-ın qanunsuz kampaniyasına dəstək verilməsində Avropanın rolunu açıq şəkildə ortaya qoyub.

“Ərazilərini ABŞ-ın istifadəsinə verən hökumətlər məsuliyyətdən yayına bilməyəcəklər. Bu iştirak cavabsız qalmayacaq”, – deyə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Oxşar