Kazanda “BRİCS” sammiti çərçivəsində İlham Əliyev və Nikol Paşinyan arasında danışıqlar keçirilib
Rusiyanın Kazan şəhərində “BRİCS” sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında danışıqlar keçirilib.
İlham Əliyevlə Nikol Paşinyanın görüşü barədə məlumatı erməni və Azərbaycan mediası yayır.
Erməni mediasının məlumatına əsasən, geniş tərkibdə keçirilən görüşdə Ermənistan və Azərbaycanın vitse-baş nazirləri, eləcə də iki ölkənin xarici işlər nazirləri iştirak edirdilər.
Azərbaycanın “Trend” agentliyinin yazdığı kimi, tərəflər sülh sazişi də daxil olmaqla ikitərəfli sülh gündəliyinin irəliləyişini, eləcə də sərhədin delimitasiyası və demarkasiyası və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. Xarici işlər nazirlərinə sülh sazişi üzərində ikitərəfli danışıqları davam etdirmək tapşırılıb ki, onun ən qısa müddətdə imzalanması mümkün olsun.