Kaya Kallas – Rusiya hibrid hücumlarla Avropada insanların həyatını təhlükə altına atır
Rusiya hibrid hücumlarla Avropada insanların həyatını təhlükə altına atır.
Bu barədə Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas bildirib.
“Son həftələr ərzində Avropada Rusiyanın hibrid hücumlarının və təxribat cəhdlərinin, həmçinin hava məkanının pozulması hallarının kəskin artdığı müşahidə olunur. Rusiyanın raketləri və dronları həftəsonu yenidən Moldovanın hava məkanını pozub və bu, tamamilə qəbuledilməzdir. Kreml qitə miqyasında insanların həyatını təhlükə altına atır”, – deyə Kallas bildirib.