Kaya Kallas: Ayıq-sayıq olmalıyıq, çünki kəşfiyyat məlumatlarına əsasən, Rusiyanın demokratik sistemimizə qarşı diversiya fəaliyyətləri və birbaşa hücumlar planlaşdırdığını görürük

14:21, 28.09.2026

“Xəbərdar və ayıq-sayıq olmalıyıq, çünki kəşfiyyat məlumatlarına əsasən Rusiyanın demokratik sistemimizə qarşı diversiya fəaliyyəti və birbaşa hücumlar planlaşdırdığını görürük”, – Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Xarici İşlər Şurasının iclası başlamazdan əvvəl bildirib.

Şuranın iclasında müdafiə məsələləri müzakirə olunacaq.

Aİ-nin xarici siyasət rəhbərinin sözlərinə görə, Rusiyanın məqsədi Avropa cəmiyyətində parçalanma yaratmaq və insanları qorxudaraq Ukraynaya dəstək verməkdən imtina etmələrinə nail olmaqdır.

“Biz də bunu nəzərə almalı və bu təhdidlərlə mübarizəyə hazır olmalıyıq. Kəşfiyyat məlumatlarına əsaslanaraq, hücumlar baş verməzdən əvvəl onlara qarşı tədbir görə bilməliyik. Biz çox iş görmüşük. Müdafiə sahəsinə investisiyaların artırılmasını nəzərdə tuturam. Lakin eyni zamanda, müdafiə imkanlarımızda ciddi çatışmazlıqlar var və indi diqqətimizi məhz bu çatışmazlıqların aradan qaldırılmasına yönəltməliyik”, – Kaya Kallas qeyd edib.

Oxşar