Kaya Kallas: Avropa İttifaqı Ermənistana hibrid təhdidlərə qarşı mübarizə məqsədilə missiya göndərəcək
Avropa İttifaqı Ermənistana hibrid təhdidlərə qarşı mübarizə məqsədilə missiya göndərəcək. Bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
Kallasın sözlərinə görə, müvafiq qərar Brüsseldə keçirilən iclasda Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri tərəfindən təsdiqlənəcək.
“Biz həmçinin Ermənistan üçün hibrid təhdidlərə, eləcə də hazırda üzləşdiyi xarici informasiya manipulyasiyası və müdaxilə cəhdlərinə qarşı mübarizəni nəzərdə tutan yeni tərəfdaşlıq missiyası barədə razılığa gələcəyik”, – deyə Kaya Kallas Aİ xarici işlər nazirlərinin toplantısında bildirib.