Kaxa Kaladze – Kənardan bizə təlqin edilən qütbləşməni bitirmək üçün hər şeyi etməliyik
Tbilisinin meri Kaxa Kaladze nifrət nitqinə qarşı mübarizə idarəsinin yaradılması barədə qərarın vaxtında atılmış addım olduğunu bildirir.
Onun qiymətləndirməsinə əsasən, son illər ərzində cəmiyyətə kənardan təlqin edilən qütbləşməyə son qoyulmalıdır.
“Düşünürəm ki, qeyd olunan təşəbbüs çox vaxtında və mühüm təşəbbüs idi, çünki nifrət nitqi qətiyyən qəbulolunmazdır. Kənardan bizə təlqin edildiyinə əmin olduğum qütbləşməni bitirmək üçün hər şeyi etməliyik. İllər boyu bu nəticələrə nail olmaq üçün yüz milyonlarla vəsait xərclənirdi. Fərqli düşüncələr, siyasi baxışlar ola bilər, lakin biz bütün bunları təhqirlə deyil, mülayimliklə, qanun çərçivəsində ifadə etməyi bacarmalıyıq. Sosial şəbəkədə nələrin baş verdiyini, hansı statusların yazıldığını, necə şərhlərin edildiyini hamımız yaxşı bilirik. Mənə elə gəlir ki, qeyd olunan qərarın qəbul edilməsi vaxtında oldu” – Kaxa Kaladze bildirib.