Kavtaradze sahə hospitalına hazırda 94 pasiyent yerləşdirlib

11:28, 31.08.2021

Kavtaradze küçəsində təşkil edilmiş sahə hospitalında hazırda müalicəsini 94 pasiyent davam etdirir.

Hospitaın kovid-departamentinin koordinatoru, Merab Çikovaninin bəyan etdiyinə görə, pasieyentlərin əksəriyyəti tənəffüs aparatına qoşulub.

“Stasionarda hazırda 94 pasiyent müalicə olunur. Pasiyentlərin ümumi vəziyyətinin pisləşməsinə görə dünən növbəçilik ərzində iki referal həyata keçirildi. Dörd pasiyent evə buraxıldı. Bu gün pasiyentləri evə buraxılmasına hazırlaşırıq. Onlar laboratoriya nəzarətindən sonra buraxılacaqlar. Pasieyentlərin əksəriyyəti tənəffüs aparatına qoşulub”, – Merab Çikovani bəyan etdi.

Oxşar