“Kavkaz Universiteti”ndə içkidən ehtimal olunan zəhərlənmə faktı ilə bağlı Daxili İşlər Nazirliyi araşdırmaya başlayıb
“Kavkaz Universiteti”ndə içkidən ehtimal olunan zəhərlənmə faktı ilə bağlı araşdırma aparılır.
Gürcüstanın Birinci Kanalına Daxili İşlər Nazirliyindən bildirilib ki, araşdırma Cinayət Məcəlləsinin 124-cü maddəsi ilə başlayıb. Bu maddə ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurmanı nəzərdə tutur.
Söhbət “Kavkaz Universiteti”ndə keçirilən “Welcome Party” zamanı içkidən ehtimal olunan zəhərlənmə nəticəsində bir neçə tələbənin tibb müəssisələrinə aparılması barədə yayılan məlumatlardan gedir.