Kataloniyada yaşayış binasında yanğın nəticəsində beş nəfər həlak olub

12:21, 17.02.2026

 

Kataloniyada yaşayış binasında yanğın nəticəsində beş nəfər həlak olub, dörd nəfər isə yüngül xəsarət alıb.

Medianın məlumatına əsasən, yanğın Barselonanın şimalında yerləşən Osona rayonunda beşmərtəbəli binada baş verib.

Yanğına nəyin səbəb olduğu hələlik bilinmir. Hadisə ilə əlaqədar istintaq aparılır.

Oxşar