Kataloniyada meşə yanğınları ilə mübarizə aparılır

 

Nəticədə, Taragona vilayətində, Pauls dağlarında artıq 150 hektardan çox ərazi yanıb.

“Reuters” tərəfindən yayılan görüntülərdə görünür ki, xilasedicilər hələ də yanğın ocaqlarını söndürməyə çalışırlar.

Yerli hakimiyyətin məlumatına görə, xilasediciləri çətin bir gecə gözləyir, çünki güclü külək əsir.

Yanğın səbəbindən yaxınlıqdakı şəhərlərdə evdən çıxmaq qadağandır. Profilaktik təxliyə də həyata keçirilib. Fövqəladə hallar xidməti bildirir ki, yanğının söndürülməsində 75 briqada iştirak edir, onlardan 16-sı hava dəstəsidir. Güclü küləyə qarşı mübarizə üçün xüsusi təyyarələr də yanğının söndürülməsi prosesinə cəlb olunub.