Kaspidə, Varcaani yaşayış məntəqəsində, təbii gölün yaxınlığında yeni parkın layihələndirilməsinə başlanılır
Kaspidə, Varcaani yaşayış məntəqəsində, təbii gölün yaxınlığında yeni parkın layihələndirilməsinə başlanılır

 

İnfrastruktur Nazirliyinin Bələdiyyə İnkişaf Fondu Kaspidə, Varcaani yaşayış məntəqəsində, təbii gölün yaxınlığında yeni parkın layihələndirilməsinə başlayır.

İnfrastruktur Nazirliyinin məlumatına əsasən, layihənin məqsədi yerli əhali və qonaqlar üçün istirahət, əyləncə və müxtəlif fəaliyyətlər üçün rahat mühiti təmin edəcək müasir standartlara uyğun istirahət məkanı yaratmaqdır.

“Layihəyə əsasən, Kaspinin yeni parkında fəvvarələr, uşaq və istirahət zonaları, attraksionlar, mədəni və təhsil məkanları təşkil edilməlidir. Bundan başqa, park idman meydançaları və məşq zonalarını, skeytbord meydanını, velosiped və piyada yolları şəbəkəsini birləşdirəcək.

Layihəyə əsasən, gölün sahili sahmana salınacaq, parkda pavilyonlar, informasiya mərkəzi və “fast food” obyektləri yerləşəcək. Həmçinin, Kaspinin yeni parkının ərazisində avtomobil dayanacağı, işıqlandırma və müasir təhlükəsizlik sistemləri qurulmalıdır.

Layihə çərçivəsində biomüxtəlifliyin qorunmasına, ərazinin yerli ağac və bitki növləri ilə yaşıllaşdırılmasına və ekoloji cəhətdən dayanıqlı materialların istifadəsinə xüsusi diqqət ayrılacaq” – İnfrastruktur Nazirliyinin məlumatında deyilir.