Karolin Leavitt Ağ Evinin mətbuat katibi vəzifəsini tərk edəcəyini açıqlayıb. O, vəzifəsini avqustun sonunda tərk edəcək
Ağ Evinin mətbuat katibi Kerolayn Leavitt vəzifəsini tərk edəcəyini və iki övladına daha çox vaxt ayırmaq istədiyini bildirib. O, bu barədə sosial şəbəkədə məlumat yayıb.
“Qızımın doğulmasından sonra Ağ Evə qayıtdığım gündən etibarən həmişə hiss edirdim ki, Ağ Evin mətbuat katibi vəzifəsi daimi vaxt, enerji və diqqət tələb etdiyi üçün iki azyaşlı övladımın layiq olduğu qədər yaxşı ana ola bilməyəcəyəm. Məhz buna görə, nəhayət, Ağ Evi tərk etmək və həyatımın yeni mərhələsinə başlamaq barədə həm şirin, həm də acı bir qərar qəbul etdim”, – deyə Leavitt bildirib.
O, həmçinin ABŞ Prezidenti Donald Trampa ona göstərdiyi “xüsusi etimada” görə təşəkkür edib.
Tramp da öz sosial şəbəkəsində Leavittə fəaliyyətinə görə təşəkkür edib və onu “Ağ Evin əsl lideri” adlandırıb. ABŞ prezidentinin sözlərinə görə, Leavitt “əsas xarici siyasət müşavirlərindən biri və Respublikaçılar Partiyasında nüfuzlu fiqur” olacaq.
Tramp Leavittin vəzifəsində kimin əvəzləyəcəyini açıqlamayıb.
Ağ Evin mətbuat katibi vəzifəsini rəsmi olaraq avqustun sonunda tərk edəcək.