Avropa İttifaqının Gürcüstandakı səfiri, Karl Hartsel Batumidə yaşayış korpusunun uçması nəticəsində ölənlərin ailələrinə və dostlarına başsağlığı verir.
“Gürcüstan vətəndaşlarının matəminin iştirakçısıyam. Batumidə fəaciəvi şəkildə vəfat edənlərin ailələrinə və dostlarına başsağlığı verirəm”, – Karl Hartsel “tvitterdə” yazır.
Batumidə, 26 May küçəsində 8 oktyabrda təxminən saat 12:00 radələrində yaşayış korpusunun bir hissəsi uçdu. Doqquz insan vəfat etdi, bir nəfər xəsarət aldı. DİN korpusun uçması faktı üzrı aaparılan istintaq çərçivəsində üç nəfəri yaxaladı.