Karl Hartsel - bir az təəcüblüdür ki, prezidentliyə namizədlər tərəfindən seçki qabağı proqramlara diqqət yönəldilmir
Bir az təəcüblüdür ki, prezidentliyə namizədlər tərəfindən seçki qabağı proqramlara diqqət yönəldilmir, – bu haqda seçikilərlə bağlı Gürcüstanda Avropa İttifaqının yeni səfiri Karl Hartsel jurnalistlərə bəyan etdi.
Səfirin dediyinə əsasən, Gürcüstanda iki həftə ərzində qalması ərzində, seçkilər barədə heç kəs danışmırdı, lakin, vəziyyət daha sonra tamamilə dəyişdi.
“İlk iki həftə, Gürcüstanda olduğum zaman seçki barədə heç kəs danışmırdı, düşünürdüm ki, hər kəs bu barədə danışacaqdı. Xalq deyirdi ki, bu seçkilər o qədər də önəmli deyil, məhz buna görə heç kəs heç bir şey etmir, lakin vəziyyət daha sonra tamamilə dəyişdi”, – Karl Hartsel bəyan etdi.
Səfirin dediyinə əsasən, bu onun kompetensiyası deyil, lakin, təəsüfdür ki,prezidentliyə namizədlər tərəfindən seçki qabağı proqramlara diqqət yönəldilmir.
Bununla, Hartsel bəyan edir ki, heç kəs prezidentin konstitusiya hakimiyyəti barəsində danışmır. Lakin, səfirin qiymətləndirməsinə əsasən, prezident istitutu müxtəlif istiqamətlərdə lazımi və önəmli olacaq.
Gürcüstanda Avropa İttifaqının yeni səfiri, Karl Hartsel bu gün mediya nümayəndələri ilə görüş keçirdi.