Karl Bildt - Rusiya Gürcüstana təzyiqini ciddi şəkildə gücləndirir və Avropa İttifaqının reaksiyası lazımdır
İsveçin sabiq Xarici işlər Naziri Karl Bildt Rusiya tərəfindən Gürcüstana qarşı verilən qərarları dəyərləndirir və Avropa İttifaqını buna reaksiya göstərməyə çağırır.
“Rusiya Gürcüstana təzyiqini ciddi şəkildə gücləndirir”, – yazır Bidt sosiyal şəbəkə “Tvitterdə” və aviareyslərin dayandırılmasını və şərab məsələsini xatırladır.
İsveçli diplomat işğalçı rejim tərəfindən Enquri körpüsünün bağlanmasından da bəhs edir və Avropa İttifaqının müşahidəçi missiyasının rəhbəri Erik Hoegin bəyanatını yayır.
Müşahidəçi missiyanın bəyanatında isə, Enquri körpüsündə vətəndaşların azad hərəkət etməsinə qoyulan məhdudiyyətlə bağlı narahatçılıq bildirilir.