Kardiffdə Uelsin müstəqilliyi tələbi ilə aksiya keçirildi

16:36, 02.10.2022

Kardiffdə Uelsin müstəqilliyi tələbi ilə aksiya keçirildi. “BBC”-nin məlumatına görə, aksiyada 10 000 insan iştirak etdi.

“Müstəqillik dedikdə nəyi nəzərdə tutduğumuzu ətraflı izah etmək bizim borcumuzdur. Uelsdə müstəqillik hamı üçün işləyə bilər. Bizə müstəqillik lazımdır və indi lazımdır”,- “Plaid Cymry” Uels millətçi partiyasının keçmiş lideri, Lord Dafid Viqli bəyan etdi.

Aksiya iştirakçılarının dediyinə görə, əsrlər boyu Böyük Britaniyanın tərkibində olmaq Uelə heç bir xeyir gətirməyib.

Oxşar