Kann şəhərində avtomobil insanların üzərinə çırpılıb, nəticədə bir nəfər ölüb, şübhəli şəxs saxlanılıb

13:34, 27.08.2026

Fransanın şimal-qərbində yerləşən Kan şəhərində avtomobil insanların üzərinə çırpılıb. Nəticədə bir nəfər ölüb, 10 nəfər yaralanıb. Yaralılardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.
Medianın məlumatına görə, hadisə Kalvados departamentində, Kan dəmir yolu vağzalının yaxınlığında baş verib.
Məlumata əsasən, barın yaxınlığında bir qrup kişi arasında mübahisə yaranıb. Daha sonra davanın iştirakçılarından biri avtomobillə insanların üzərinə sürüb.
Yaralananlar arasında 18 və ya 19 yaşlı Əfqanıstan vətəndaşının da olduğu bildirilir.
Şübhəli şəxs — Rusiyada doğulmuş 26 yaşlı kişi — hadisədən qısa müddət sonra saxlanılıb. Onun motivi hələlik məlum deyil və polis araşdırmanı davam etdirir.
Qeyd: Sonrakı yenilənmiş məlumatlarda ölənlərin sayının 2-yə yüksəldiyi və 9 nəfərin yaralandığı bildirilib.

Oxşar