Kanadanın Xarici İşlər Nazirliyinin rəhbəri - Gürcüstandakı vəzifəli şəxslərə və təşkilatlara sanksiyalar tətbiq edərdim, bunu amerikalı və avropalı dostlarımızla işləyərək edəcəyik
Gürcüstandakı vəzifəli şəxslərə və təşkilatlara sanksiyalar tətbiq edərdim – bu haqda Kanadanın xarici işlər naziri Melani Coli Brüsseldə NATO-nun xarici işlər nazirlərinin görüşü başlamazdan əvvəl Gürcüstanla bağlı suala cavabında deyib.
“Mən bu sualı dünən Baltikyanı ölkələrlə keçirilən “3+1” görüşündə iştirak etdiyim Riqada cavablandırdım. Mən dedim ki, həqiqətən də Gürcüstandakı rəsmi şəxslərə və təşkilatlara sanksiyalar tətbiq edərdim və biz bunu əlbətdə, amerikalı və avropalı dostlarımızla işləyərək edəcəyik” – Melani Coli bildirib.