Kanadanın Vankuver şəhərində maşın festival zamanı insanlara çırpıldı, ölənlər və yaralananlar var

10:34, 27.04.2025

Kanadanın Vankuver şəhərində maşın festival zamanı insanlara çırpılıb. Bu barədə polis məlumat verib. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, ölənlər və yaralananlar var. Polisin bildirdiyinə görə, hələlik qurbanların dəqiq sayı açıqlanmır.

Hadisəni törədən sürücü saxlanılıb. Hadisənin terror aktı olub-olmadığı hələlik məlum deyil.

Medianın verdiyi xəbərə görə, hadisə yerli vaxtla axşam saat 20:00 radələrində, filippin bayramı zamanı baş verib. Hadisə yerinə təcili tibbi yardım və xilasetmə qrupları cəlb olunub.

Oxşar