Kanadanın maliyyə naziri hesab edir ki, Böyük Britaniya Kanada və Avropa arasında yarana biləcək iqtisadi ittifaqa qoşulmalıdır
Kanadanın maliyyə naziri Fransua-Filip Şampana görə, Böyük Britaniya Kanada ilə Avropa arasında yarana biləcək iqtisadi ittifaqa qoşulmalıdır.
“Əsas məsələ konkret məqamlar və gələcəyə yönəlmiş bir ittifaqın yaradılmasıdır. Dünya dəyişib, Amerika dəyişib və biz də dəyişməliyik”, – deyə nazir BBC-yə müsahibəsində bildirib.
Şampanın sözlərinə görə, Böyük Britaniya və Kanada ortaq dəyərləri bölüşürlər.
“Biz tərəfdaşlığımıza fərqli yanaşmalıyıq. Əsas məqam ondadır ki, Kanada və Böyük Britaniyaya nəzər saldıqda ortaq dəyərlərə sahib olduğumuzu görürük. Dünyagörüşü ilə bağlı mövqelərimiz bir-birinə çox yaxındır. Nə üçün qüvvələrimizi birləşdirməyək?” – deyə nazir bildirib.
Sentyabrın 16-da Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Kanadanın Avropa İttifaqının ilk assosiativ üzvü olmasına şərait yaratmaq məqsədilə Kanada Baş naziri Mark Karni ilə əməkdaşlıq planlarını elan etdi.