Kanadanın “Maqnitsk aktı” Gürcüstana qarşı aqressiv davranışlar həyata keçirən şəxslərə də toxunacaq

11:02, 30.01.2019
Kanada Parlamentinin Müdafiə Komitəsi Gürcüstanla bağlı qətnamə qəbul etdi. Qətnaməyə əsasən, “Maqnitsk aktı” Gürcüstana qarşı aqressiv davranışlar həyata keçirən şəxslərə də toxunacaq. Bu haqda məkumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.

İdarə izah edir ki, Kanada Parlamentinin Müdafiə Komitəsi Gürcüstan, Ukrayna və Moldova qarşısında mövcud təhlükəsizlik çağırışları ilə bağlı qətnamə təsdiqlədi. Qətnamədə qeyd olunur ki, Rusiya tərəfindən 2008-ci il Abxaziya və Tsixinvali regionlarının qeyri-qanuni işğalı, 2014-cü ildə Krımın qeyri-qanuni aneksiyası, Qərbi Ukraynada 2014-cü ildən başlamış münaqişədə iştirak, yalnız Qərbi və Mərkəzi Avropada deyil, bütün dünyada təəcüb doğurur.

“Komitənin hesabatı Gürcüstana qarşı Kanada Parlamentinin önəmli dəstəyinin əks olunmasıdır. Xüsusilə önəmlidir ki, NATO-ya Gürcüstanın inteqrasiyası, ikili əməkdaşlığın dərinləşdirilməsi və Qara Dənizlə əlaqədar Kanadanın aktivliyi ilə yanaşı, qətnamədə  “Maqnitsk aktı” Gürcüstana qarşı aqressiv davranışlar həyata keçirən şəxslərə də toxunması ilə bağlı məlumat da qeyd olunub”, – Gürcüstanın Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Sənədin təsdiqlənməsindən əvvəl, 2018-ci ilin 4 dekabrında üç ölkədə mövcud çağırışlarla bağlı xüsusi dinləmə keçirildi. Əsad dinləyici kimi Kanadada Gürcüstanın səfiri Konstantine Kavtaradze dəvət edilmişdi.

 

 

 

Oxşar