Kanadanın hüquq-mühafizə orqanı məktəblərdən birində baş vermiş hücumda şübhəli bilinən şəxsin kimliyini açıqlayıb və onunla bağlı detalları yayıb
Polisin məlumatına görə, şübhəli 18 yaşlı Cessi van Rutsellaaridir. Bildirilib ki, o, bioloji olaraq kişi olub və təxminən altı il əvvəl cinsiyyətini dəyişib.
“BBC” yazır ki, polis daha əvvəl şübhəlinin psixi sağlamlıq problemləri ilə əlaqədar bir neçə dəfə onun yaşadığı ünvana çağırılıb.
Məlumata görə, məktəbdə və yaxınlıqdakı yaşayış evində baş verən atışma nəticəsində 9 nəfər həlak olub, 25 nəfər yaralanıb. Ölənlər arasında məktəblilər və bir müəllim də var. İki nəfərin meyiti məktəbin yaxınlığındakı yaşayış evində aşkarlanıb – onların şübhəlinin anası və ögey qardaşı olduğu bildirilir. Polis hücumda şübhəli bilinən şəxsi də ölü halda tapıb.