Kanadanın Baş naziri – Vankuverdə festival zamanı baş vermiş dəhşətli hadisələrə görə kədərlənirəm, həlak olanların və yaralananların yaxınlarına başsağlığı verirəm
Vankuverdə filippin festivalı zamanı maşının insanlara çırpılması hadisəsinə Kanada Baş naziri Mark Karni münasibət bildirib. O, sosial şəbəkə X-də paylaşım edərək başsağlığı verib və hökumətin vəziyyəti yaxından izlədiyini qeyd edib.
“Bu axşam Vankuverdə keçirilən Lapu-Lapu festivalında baş verən dəhşətli hadisələrə görə çox kədərlənirəm. Həlak olanların və yaralananların ailələrinə, Filippin-Kanada icmasına və bütün Vankuver sakinlərinə dərin hüznlə başsağlığı verirəm. Hamınızla birgə yas tuturuq. Vəziyyəti diqqətlə izləyirik və təcili xidmətlərin operativ müdaxiləsinə görə onlara təşəkkür edirik,” – deyə Kanada Baş naziri bildirib.
Kanadanın Vankuver şəhərində festival zamanı maşın insanlara çırpılıb. Polisin verdiyi məlumata görə, ölənlər və yaralananlar var. Hələlik qurbanların sayı dəqiqləşdirilməyib. Maşının sürücüsü saxlanılıb. Hadisənin terror aktı olub-olmadığı hələ məlum deyil. Hadisə filippin bayramı zamanı baş verib.