Kanadanın Baş naziri Donald Tramp tərəfindən 25%-lik rüsumların tətbiq edilməsini birbaşa hücum adlandırır və cavab tədbirləri görməyi istisna etmir

10:45, 27.03.2025

 

Kanadanın Baş naziri ABŞ Prezidenti tərəfindən yeni, 25%-lik rüsumların tətbiq edilməsini birbaşa hücum adlandırır. Mark Karni Trampın bu qərarının ABŞ, Kanada və Meksika arasında razılaşmaya zidd olduğunu deyir.

Baş nazir deyir ki, Kanada cavab tədbirləri görməyi istisna etmir.

“Şirkətlərimizi, ölkəmizi qoruyacağıq və birlikdə qoruyacağıq. Biz mexanizmlər yaratmışıq ki, ehtiyac yaranarsa, cavab olaraq gömrük vergisi tətbiq edək. Bu baxımdan çox şey nəzərə alınmalıdır” – baş nazir deyib.

Karni onunla Tramp arasında telefon danışığının olmasının yersiz olmayacağını bildirib və bunun tezliklə baş tutacağını istisna etmir.

Xatırladaq ki, Amerikanın Prezidenti ABŞ-da hazırlanmayan avtomobillərə yeni, 25%-lik rüsumlar tətbiq edir. Tramp sərəncamı artıq imzalayıb və o, aprelin 2-dən qüvvəyə minəcək. ABŞ Prezidenti dəqiqləşdirib ki, rüsumlar hissələri Amerikada hazırlanan, lakin başqa ölkədə yığılan avtomobillərə də şamil olunacaq.

Oxşar