Kanadada yeni koronavirusun ilk halı qeydə alındı. Xəstəliyin simptomlarının aşkar olunduğu şəxs, az öncə Çinin Uxan şəhərindən dönmüşdür.
Səhiyyə idarəsinin nümayəndəsinin dediyinə görə, 50 yaşlı kişi Torontoya yanvarın 22-də qayıtdı. Onu xəstəxanaya simptomların aşkar olunmasının ikinci günü yerləşdirdilər. Hazırda onun ailə üzvləri təcrid olunublar.
Çində koronavirusla 56 insan həlak oldu. Xəstəliyə yoluxanların sayı iki minə çatır.